Vaqif Cavadov “Qarabağ”da!
13.08.2010 - 09:19
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov “Qarabağ”da oynayacaq. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçu uğursuz Hollandiya karyerasının ardından yenə Ağdam təmsilçisinə qayıdır.
Klubun baş məşqçisi Qurban Qurbanovun bildirib ki, Vaqiflə artıq ilkin razılıq əldə olunub. Onun sözlərinə görə, hücumçu Avropa Liqasının IV təsnifat mərhələsinin Almaniya “Borussiya”sı ilə oyunlarında “Qarabağ”a kömək edəcək. Cavadovun komandasında oynamasında problem yaranacağına inanmayan Qurbanov klub rəhbərliyinin “Tvente” ilə danışıqlar aparmasını gözləyir. Buna səbəb hücumçunun hələ də müqavilə ilə Hollandiya təmsilçisinə bağlı olmasıdır.
Qeyd edək ki, bu ilin yanvarında “Qarabağ”dan transfer olunan Cavadov 7 aydan artıqdır “Tvente”də olsa da, komandanın məşqçiləri rəsmi oyunlarda ona ehtiyac duymayıb. Vaqif yalnız əvəzedici heyətdə və yoxlama matçlarında meydana çıxıb.

0
0