Elano heç kimə lazım deyil
13.08.2010 - 09:26
Elano heç kimə lazım deyil
Transfer mövsümünün başa çatmasına az qalmasına baxmayaraq, "Qalatasaray" hələ də ciddi problemlərlə üz-üzə qalıb. Apasport.az saytının xəbərinə görə, türk klubunun transfer siyasətində ən böyük problem isə Elano Blumerlə bağlıdı. Dünya çempionatında oynadığı iki matçda iki qol vuraraq, kifayət qədər diqqət cəlb edən futbolçunun 12 milyon avroya satılması gözlənilsə də, "sarı-qırmızılılar"ın ümidləri boşa çıxıb.

Braziliyalı futbolçu ilə əvvəlcə İtaliya klublarının maraqlandığı bildirilsə də, sonradan heç bir klubun əhəmiyyətli təklif irəli sürmədiyi müəyyənləşib. Bunun ardınca "Cim Bom" rəhbərliyi rusların maraq dairəsinə düşmüş Elanonun 9 milyon avro dəyərində qiymətləndirilməsi barədə xəbər yayıb. Belə görünür ki, nə italyanlar, nə də ruslar Elanonu almaq niyyətində deyillər. Braziliyalı futbolçunun özü isə türk klubundan ildə 3,5 milyon avro maaş alır.