“Harada gəldi oynaya bilərəm”
13.08.2010 - 12:06
“Harada gəldi oynaya bilərəm”
“Braziliya milli komandasının sabiq futbolçusu Rivaldo İspaniyanın “Malyorka” klubuna keçəcəyi ilə bağlı məlumatı təkzib edib. Apasport.az saytının məlumatına görə, Özbəkistanın “Bunedkor” klubu ilə başa çatan müqaviləsini uzatmaq istəməyən futbolçu gələcək karyerası ilə bağlı qərar vermədiyini açıqlayıb.

Rivaldo hələlik vətəninə qayıtdığını bildirib: “Mənim hara isə keçəcəyimlə bağlı yazılanlar boşboğazlıqdan başqa bir şey deyil. Hazırda mən klubsuz oyunçuyam və Braziliyaya gedirəm”.

Braziliyanın sözlərinə görə, o istənilən ölkədə, o cümlədən Azərbaycanda da çıxış edə bilər: “Agentim deyir ki, telefonu susmur. Avropa və Braziliyanın bir çox komandaları mənimlə maraqlanırlar. Mən vətənimə bəzi şəxsi işləri qaydasına salmağa gedirəm. Lakin bir şeyi deyim ki, 38 yaşım olmasına baxmayaraq, harada gəldi oynaya bilərəm”.

Qeyd edək ki, 1999-cu ildə dünyanın ən yaxşı futbolçusu seçilən Rivaldo 2002-ci ildə Braziliya millisinin heyətində dünya çempionu titulunu qazanıb.