“Turan” ölkə futboluna yenilik gətirir
13.08.2010 - 12:59
“Turan” avqustun sonuna qədər klubun rəsmi internet saytını izləyicilərin ixtiyarına verəcək. Apasport.az-ın xəbərinə görə, artıq bu sahədə işlərə başlanılıb və saytda klubun tarixi ilə yanaşı, gündəlik xəbərlər, eləcə də “Turan”ın əsas və aşağı yaş komandalarında çıxış edən futbolçular haqqında məlumatlar yerləşdiriləcək.
Bundan başqa, “Turan”ın ev oyunlarını internet vasitəsilə izləmək mümkün olacaq. Belə ki, klub rəhbərliyinin göstərişi ilə stadionda 4 ədəd veb-kamera quraşdırılacaq. Oyunlar birbaşa klubun saytında yayımlanacaq. Bununla da ölkədən kənarda yaşayan həmvətənlərimiz “Turan”ın Tovuzda keçirəcəyi matçları izləyə biləcəklər.
Qeyd edək ki, bu layihə gerçəkləşsə, Azərbaycan futbolunda ilk belə hadisə olacaq.

0
0