“Şəfa”dan “Şəfa”ya, və ya bir günlük liderlik iddiası
13.08.2010 - 13:29
Sabah Unibank Premyer Liqasında II tura start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk turdan fərqli, bu dəfə yalnız 5 matç baş tutacaq. Belə ki, avrokuboklarda çıxışını davam etdirən Ağdamın “Qarabağ” klubunun “Gəncə” ilə görüşü təxirə salınıb.
Turun ilk günündə bir matç keçiriləcək. Mövsümə “Bakı” üzərində gözlənilməz qələbə ilə başlayan AZAL “Turan”ı qəbul edəcək. Bakılılar elə ilk turda böyük hesabla uduzan rəqibi ilə matçın favoritidir. Öz meydanında tovuzlulara heç vaxt uduzmayan “təyyarəçilər” qələbə qazanarsa, ən azı bir günlük vahid liderliyə yüksələcək.
Bazar günü keçiriləcək “Qəbələ” – “Neftçi” qarşılaşması turun mərkəzi matçı sayılır. Mövsümə qələbəsiz başlayan rəqiblər ötən il olduğu kimi, yenə ilk “altılığ”a düşməyə çalışır. Bu görüş Toni Adams və yeni transferlərin Qəbələ publikası qarşısında debüt oyunu olacaq. Ölkəmizdə ilk qələbəsini qazanmağa çalışacaq ingilis mütəxəssisdən fərqli, “Neftçi” uğursuz seriyanı dayandırmaq arzusundadır. Belə ki, bakılılar son iki ildə keçirilən 5 oyunda “Qəbələ”yə qalib gələ bilmir.
Çempionata eyni hesablı məğlubiyyətlərlə başlayan “Muğan”la “Bakı”nın Salyandakı görüşündə isə seriyanı dayandırmağa çalışan meydan sahibləri olacaq. İndiyədək paytaxtın eyni adlı təmsilçisi ilə görüşlərdə qol vurmayan “Muğan” meydana ilkə imza atmaq üçün çıxacaq.
İlk səfər matçına yollanan yenilənmiş “Xəzər Lənkəran” “Simurq”un qonağı olacaq. I turda olduğu kimi, yenə qələbə qazanmaq niyyətində olan lənkəranlılar Zaqatala təmsilçisinin gənclərinin müqavimətini qırmağa çalışacaq. Qyoko Hacıyevskinin yetirmələri isə indiyədək məğlub edə bilmədikləri rəqiblə matçlarda “siftə etmək” arzusundadırlar.
“Şəfa” stadionunda başlayan tura təxirə salınan oyunu nəzərə almasaq, elə eyni arenada başa çatacaq. Tura liderlərin görüşü ilə yekun vurulacaq. Mövsümə qələbə ilə başlayan 4 komandadan 2-si “Şəfa”da üz-üzə gələcək. Bu, “İnter” və MOİK arasında paytaxt derbisi olacaq. Lakin son ölkə çempionunun aşağı dəstədən gələn komanda ilə matçda çətinliklə üzləşəcəyi inandırıcı görünmür. Çünki MOİK-in liderlər sırasında olması, yeganə oyununu münasib rəqiblə keçirməsi ilə bağlıdır. “İnter”lə keçirdiyi son 6 oyunda qola həsrət qalan, son 5 matçda isə uduzan “hərbçilər” çətin ki, Kaxaber Sxadadzenin yetirmələrini büdrədə bilsin.
Unibank Premyer Liqası
II tur
14 avqust (şənbə)
20:00. AZAL - "TURAN"
Hakimlər: Əfqan Həmzəyev, Habil Əliyev, İsgəndər Əliyev, Ramil Diniyev
Bakı. "Şəfa" stadionu
15 avqust (bazar)
18:00. "QƏBƏLƏ" - "NEFTÇİ"
Hakimlər: Anar Salmanov, Orxan Məmmədov, Mehman Mahmudov, Ceyhun Haşımov
Qəbələ. Şəhər stadionu
18:00. "MUĞAN" - "BAKI"
Hakimlər: Elnur Muradov, Elman Musayev, Eldar Nağıbəyov, Fariz Yusifov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
18:00. "SİMURQ" - "XƏZƏR LƏNKƏRAN"
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, İlham Əliyev, Fuad Həsənov
Zaqatala. Şəhər stadionu
20:00. "İNTER" - MOİK
Hakimlər: Rauf Cabbarov, Aydın Ələkbərov, Elşən Acalov, Vüsal Əliyev

0
0