İqor Mitreski “Neftçi”nin düşərgəsinə zədəli qayıtdı
13.08.2010 - 13:46
“Komandamız “Qəbələ” ilə oyuna hazırdır. Artıq Qəbələdəyik, axşam və oyunqabağı məşqimiz olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
İlk oyunda “Qarabağ”la qarşılaşan və məğlubiyyətdən son anda qaçan “Neftçi” bu dəfə azarkeşlərini sevindirmək istəyir. Oyuna ciddi hazırlaşan paytaxt klubunun yeni transferlərindən olan İqor Mitreski isə Makedoniya yığmasının düşərgəsindən zədəli qayıdıb: “U-21-in heyətinə cəlb edilən Ruslan Qurbanov, Tərlan Quliyev, Cavid İmamverdiyev və Orxan Həsənovdan başqa, bütün futbolçular düşərgədədir. Mitreski isə zədəli gəlib. O, bu gün fərdi məşq etdi”.
Qarşılaşma barədə fikirlərini açıqlayan Əsədov ancaq qələbə haqqında düşündüyünü və rəqibin oyununu təhlil etdiyini bildirib: “Biz qələbə haqqında düşünürük. İlk turlar ağır olur. Yeni futbolçuların adaptasiya olması üçün vaxt lazımdır. Tədricən komanda öz oyununu tapacaq. “Qəbələ”yə gəldikdə, atletik futbola üstünlük verirlər və döyüşkən komandadırlar. Rəqibi əks-hücumlarda yaxalamağa çalışırlar”.

0
0