Mirça Rednik: “Dinamo” Zie Diabateni “Xəzər Lənkəran”a buraxmır
13.08.2010 - 13:59
21 yaşadək futbolçulardan ibarət Kot d’İvuar yığmasının futbolçusu Zie Diabatenin “Xəzər Lənkəran”a keçidi düyünə düşüb. Apasport.az saytının xəbərinə görə, bu barədə klubun baş məşqçisi Mirça Rednik açıqlama verib. Rumıniyalı mütəxəssis həmyerlilərinə verdiyi müsahibədə gənc müdafiəçinin transferində üzləşdikləri problemi izah edib.
“Bizə xəbər çatdı ki, Zie Lənkərana gəlməyəcək. Buna “Dinamo” rəhbərliyinin qərarı səbəb olub. Buxarestlilər legioneri buraxmaq fikrindən daşınıblar. Bolqarıstanlı Venkov və uruqvaylı Leytesin “Dinamo”nu tərk etməsindən sonra komandada sol cinah müdafiəçisi kimi oynaya bilən bir futbolçu – Bazzi qalırdı. Bunu nəzərə alaraq, Diabateni saxlamağı lazım biliblər” – deyə Rednik bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Rumıniya mətbuatı Diabatenin keçidinin həll olunduğunu və yalnız rəsmiləşməsinin qaldığını iddia edirdi.

- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO
- "Arsenal"da yeni qapıçı - RƏSMİ
- "Turan Tovuz"dan ayrıldı, Rusiyaya qayıtdı - Samokun yeni klubu bəlli oldu
0
0