“Bakı” - “Qəbələ” matçında lotereya keçiriləcək
13.08.2010 - 15:08
Unibank Premyer Liqasının oyunları zamanı uduşa qiymətli hədiyyələr qoyulacaq. Apasport.az saytının məlumatına görə, III turun “Bakı” - “Qəbələ” qarşılaşmasında azarkeşlər arasında lotereya keçirilməsi nəzərdə tutulub. Bu barədə açıqlama verən paytaxt klubunun vitse-prezidenti Tunc Afşar bildirib ki, III turdan etibarən yeni layihə start götürəcək.
Qeyd edək ki, bu addım azarkeşləri stadiona cəlb etmək məqsədi daşıyır. Klubun görüşlərinin boş tribunalar qarşısında keçirildiyini görən “Bakı”nın prezidenti Hafiz Məmmədov bütün ev matçlarında lotereya oynanılacağını bildirmişdi. Onun sözlərinə görə, “Bakı”nın ev oyunları zamanı uduşa ev, maşın və digər qiymətli hədiyyələr qoyulacaq. Lakin AZAL-la I turda keçirilən görüşdə bu addım atılmamışdı.

0
0