“Neftçi” futbolçularına qadağa!
13.08.2010 - 15:31
“Oruc tutmaq istəsəm də, klubdan icazə vermirlər. Yəni, qarşıda çempionat oyunları var. Buna görə də, gərək gündəlik rejimə əməl edək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun futbolçusu Elmar Baxşıyev deyib.
Artıq Ramazan ayı başlasa da, bəzi futbolçular oruc tutmaqda problemlə üzləşib. Belə ki, 30 yaşlı yarımmüdafiəçi də klub rəhbərliyinin qadağası ilə üzləşib: “Tək mənim yox, hər bir müsəlman üçün Ramazan ayı müqəddəsdir. Ən önəmli aylardan və bayramlardan biridir. Boş vaxtlarda çalışacağam ki, oruc tutum. İftar süfrəsi vermək fikrim də var. Qohum-əqrəbanı bir yerə yığacağıq”.
Qeyd edək ki, Ramazan ayı avqustun 10-da başlayıb.

0
0