“İnter”in hücumçusu İngiltərədə oynayacaq
13.08.2010 - 16:57
İtaliyanın “İnter” klubunun futbolçusu Mario Ballotelli İngiltərənin “Mançester Siti” komandasına keçib. Lent.az-ın “Sky Sports”a istinadən verdiyi məlumata görə, Milan təmsilçisi gənc hücumçusunu 28 milyon avroya satmağa razılıq verib. Artıq Ballotelli yeni klubunda tibbi baxışdan keçmək üçün Mançesterə gəlib. Onunla avqustun 13-də və ya 14-də rəsmi müqavilə bağlanılacaq. 20 yaşlı hücumçunun əmək haqqı ildə 3,5 milyon avro təşkil edəcək. Onun keçidi əvvəllər “neradzurri”yə rəhbərlik etmiş, hazırda isə “Mançester Siti”nin sükanı arxasında olan Roberto Mançininin istəyi ilə baş tutub.
Ballotelli “İnter”də 73 matçda 22 qol vurub. Ötən mövsüm o, komandanın baş məşqçisi Joze Mourinyo ilə bir neçə dəfə münaqişəyə girib. Mövsümün sonunda Mourinyo İspaniya “Real”ına gedib, “İnter”in yeni baş məşqçisi isə Rafael Benites olub. Ballotelli İtaliya yığmasında avqustun 10-da Fildişi Sahili millisi ilə yoldaşlıq görüşündə debüt edib.
Qeyd edək ki, mövsümlərarası dövrdə “Mançester Siti” ispaniyalı David Silva, Fildişi Sahilindən olan Yaya Ture, serbiyalı Aleksandr Kolarov və Almaniya millisində çıxış edən qanalı Cerom Boatenqlə də anlaşıb.

0
0