“Bəd xəbər odur ki, “Qarabağ” futbol oynamağı bacarır”
18.08.2010 - 10:47
“Qarabağ”la bağlı bizim üçün bəd xəbər ondan ibarətdir ki, bu uşaqlar həqiqətən də futbol oynamağı bacarırlar”. Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın “Borussiya” klubunun baş məşqçisi Yurgen Klopp deyib.
43 yaşlı mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin Ağdamın “Qarabağ” klubu ilə ilk oyunu ərəfəsində təmsilçimizdən ehtiyatlanır: “Lakin biz də əlimizi yanımıza salmayacağıq. Mərhələ adlamaq iddiasındayıq və bunun üçün mübarizə aparacağıq. Almaniya kubokunun “Vakker”lə oyununda yetirmələrimdən tam razı qalmadım. Lakin ümid edirəm ki, böyük azarkeş dəstəyi qarşısında istəyimizə çatacağıq”.
Qeyd edək ki, Klopp Dortmund təmsilçisindəki fəaliyyəti ərzində avrokuboklarda mərhələ keçməyib. Onun yeganə cəhdi iki il əvvəl “Borussiya”da gerçəkləşib. Lakin İtaliyanın “Udineze” klubu almaniyalıların arzusunu gözündə qoyub.

0
0