“Qarabağ” “alman maşını” qarşısında mat qaldı
20.08.2010 - 00:54
“Qarabağ” “alman maşını” qarşısında mat qaldı
Avropa Liqasının pley-off mərhələsinin ilk görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ” cari mövsümdə beynəlxalq səviyyəli 7-ci oyununa çıxıb.

Makedoniyanın “Metallurq”, Şimali İrlandiyanın “Portadaun” və Polşanın “Visla” klublarını mübarizədən kənarlaşdıran Qurban Qurbanovun yetirmələri bu dəfə daha ciddi sınağa çıxıb. Ağdamlılar Almaniyada “Borussiya”nın qonağı olub ki, bu qarşılaşmada öz qapısından 4 cavabsız top buraxıblar.

Almanlar matçın taleyini ilk 45 dəqiqədə həll ediblər. Kaqava və Barrioasun dublları sayəsində 4:0 hesablı qələbə qazanan “Borussiya” 1 həftə sonra Bakıda keçiriləcək cavab matçına rahat gələcək.

Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
19 avqust


00:05. “BORUSSİYA” (DORTMUND, ALMANİYA) – “QARABAĞ” (AĞDAM, AZƏRBAYCAN) - 4:0
QOLLAR: Şinyi Kaqava, 13; 42; Lukas Barrios, 20; 28
Dortmund. “Siqnal İduna Park” (“Vestfalenştadion”) stadionu
Baş hakim: Pavel Kristian Balay
Baş hakimin köməkçiləri: Zoltan Szekeli, İonel Popa

“BORUSSİYA”: 1. Roman Verdenfeller, 4. Neven Subotiç, 5. Sebastyan Kel, 8. Nuri Şahin, 15. Mats Hummels, 16. Yakub Blaçikovski, 18. Lukas Barrios, 19. Kevin Qrosskroyts, 23. Şinyi Kaqava, 26. Lukaş Pişçek, 29. Marsel Şmeltser.
Ehtiyat oyunçular: 20. Mitçell Langerak, 7. Robert Levandovski, 11. Dimitar Rangelov, 22. Sven Bender, 27. Felipe Santana, 31. Mario Qötse, 44. Mark Hornskuh.
Baş məşqçi: Yurgen Kloop.

“QARABAĞ”: 1. Fərhad Vəliyev (k), 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov, 10. Emin İmaməliyev, 11. Rauf Əliyev, 13. Samir Abasov, 14. Rəşad Sadıqov, 24. Admir Teli, 25. Ansi Aqolli, 31. Andrey Rubins, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 3. Aftandil Hacıyev, 4. Zaur Həşimov, 7. Namiq Yusifov, 8. Aslan Kərmiov, 9. Elvin Məmmədov, 17. Vüqar Nadirov.
Baş məşqçi: Qurban Qurbanov.

Komandalar meydana ənənəvi formalarında çıxacaqlar. “Borussiya” sarı, “Qarabağ” qara geyimdədir.

1. Oyuna meydan sahibləri başladı, uğurlar “Qarabağ”!
3. Qayda pozuntusu. Meydanın mərkəzində Aqolli rəqibə qarşı kobud oynayır.
4. “Borussiya”nın ilk hücumu təhlükəli alınır. Amma Vəliyev yerindədir.
5. Adamiyanın təhlükəli zərbəsi. Dəqiq deyil.
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts və AFFA-nın baş katibi Elxan Məmmədov oyunu yanaşı izləyir.
10. Meydan sahiblərinin hücumu səmərə vermir.
11. “Qarabağ” rəqibi əks hücumda yaxalyır. Rubins sol cinahdan irəliləyib qapı qarşısına ötürmə verir. Amma müdafiəçilər topu uzaqlaşdırır.
13. Qol. Meydan sahibləri hesabı açır. Kaqava fərqlənir.
17. Nuri Şahinin zərbəsi Vəliyev üçün çətin olmur.
20. Hesab artdı. Vəliyev argentinalı Lukas Barriosun təxminən 25 metrdən zərbəsini dəf edə bilmir - 2:0
23. “Qarabağ”ın azərbaycansayağı küncə zərbəsi. Almanlar dəqiq oynayır.
28. “Qarabağ” şokda! “Borussiya” üçüncü qolu vurur. Yenə Barrios! Argentinalı bu dəfə başla qol vurur.
33. Səviyyə fərqi özünü göstərir. “Qarabağ”ın hücumları alınmır, almanlar isə dalbadal təhlükəli vəziyyətlər yaradırlar.
38. “Qarabağ”ın bəxti gətirir. İlk qolun müəllifi Kaqavanın sağ cinahdan qapı qarşısına ötürməsi qolla nəticələn bilərdi.
40. Tribunalara toplaşan 70 minə yaxın azarkeş “Borussiya”nı durmadan dəstəkləyir.
41. “Qarabağ” qapısından dördüncü topu buraxır. Kaqava başla dəqiq zərbəsindən sonra dublunu rəsmiləşdirir.

İlk hissə başa çatdı

İkinci hissə başladı
46. “Qarabağ” ikinci hissəyə əvəzetmə ilə çıxır. Emin İmaməliyev yerini Namiq Yusifova, Rauf Əliyev isə Vuqar Nadirova verir.
48. Almanların küncə zərbəsi təhlükəli alındı.
50. Yakub Blaçikovskini Mario Qötse əvəzləyləyir.
İlk sarı vərəqə. Humells Rubinə qarşı kobud oynayır.
58. Humells topu qapı xəttindən çıxarır. “Qarabağ” küncə zərbəsi yerinə yetirir.
60. Hesab arta bilərdi. Götsenin sol cinahdan qaı qarşısna ötürdüyü top az qala müdafiəçomizə çarpıb tora düşəcəkdi. Küncə zərbəsi.
Teli zədələnib. Subotiç ona qarşı kobud oynadığı üçün sarı vərəqə ilə cəzalandırılır.
66. Sebastyan Kelin əvəzinə meydana Sven Bender çıxır.
70. Daha bir qol. Yenə Kaqava. Amma hakim ofsayd qeydə alır.
78. Müdafiəçilərimizin kobud səhvindən sonra meydan sahibləri əks-hücuma keçir. Yaxşı ki, hər şey bizim üçün yaxşı qurtardı.
80. Yenə qol, yenə ofsayd. Hakim Şahinin vurduğu qolu qeydə almır.
81. Sadiqova qarşı Bender aşkar kobudluq edir. Hakim dortmundlu futbolçunu sarı vərəqə ilə cəzalandırır.
84. Şahinin qapıya zərbəsi qeyri-dəqiq alındı.
90. Vəliyev levandovskinin qüvvətli zərbəsini tutur.

Oyun başa çatdı