“Neftçi” zirvədə, “Qarabağ” və “Bakı” ilk qələbəsini qazandı
22.08.2010 - 20:51
“Neftçi” zirvədə, “Qarabağ” və “Bakı”  ilk qələbəsini qazandı
Bu gün Unibank Premyer Liqasının III turuna yekun vurulub. Apasport.az saytının xəbərinə görə, meydana çıxan komandalar onlar üçün maksimum olan 5-ci pillə üçün mübarizə aparıblar. Belə ki, bu klubların 4-ü hələ də qələbə həsrətində idi. Onlardan ikisi istəyini reallaşdıra bilib.

Özünün də ev oyunlarını keçirdiyi Suraxanı qəsəbə stadionunda “hərbçilər”in qonağı olan “Qarabağ” Dortmunddakı “Borussiya” şokundan ayılaraq minimal hesablı qələbə qazanıb. Qurban Qurbanovun yetirmələri Premyer Liqada ilk qələbəsini Georgi Adamiyanın qolu ilə bayram ediblər.

Bu tura qədər “hərbçilərdən” geri qalan “Muğan” Tovuz səfərində mövqeyini daha da yaxşılaşdırmaq istəyini 1 xal qazanmaqla gerçəkləşdirdi. Həsrətində olduğu ilk xalı qazanan “Turan” sonuncu pillədən xilas olmağı bacardı.

Günün son matçında isə “Bakı” və “Qəbələ” məğlubiyyət seriyasını qırmağa çalışınlar. Qonaqların erkən qolla hesabı açdığı matçda meydan sahibləri əzmkar qələbəyə seviniblər. Paytaxt təmsilçisinin qələbə qolunu ilk turda dubla imza atan Jaba vurub. Bu Vinfred Şaferin rəhbərliyi altında daxili yarışlarda qazanılan ilk qələbə olub. Toni Adamsın yetirmələri isə ingiltərəli mütəxəssisin rəhbərliyi altında üçüncü məğlubiyyətini alıblar. Bu qarşılaşma qırmızı vərəqələrlə də zəngin olub. Ehtiyat oyunçular skamyasından qovulan Xalidu Sissoko “Bakı”nın, Milan Antiçlə, Lyubo Baranin qonaqların heyətində cəzalanıblar.

Xatırladaq ki, turun ilk oyun günündə 3 qarşılaşma baş tutub. Bi, bunların yalnız birində qələbə qeydə alınıb.

Turnir cədvəlinin liderləri bu dəfə xal itkisinə məruz qalıblar. AZAL səfərdə “Gəncə” ilə görüşün ilk yarısında hesabda geri düşsə də, ikinci hissədə məğlubiyyətdən qaçıb. “Xəzər-Lənkəran”la “İnter”in duelində isə qapılara top vurulamayıb.

Bu nəticələr daha çox “Neftçi”nin işinə yarayıb. Belə ki, “ağ-qaralar” ölkənin baş arenasında “Simurq”u darmadağın ediblər – 4:0. Bakılıların heyətində özbəkistanlı legioner Bahodur Nasimov 3 qol vurmaqla, çempionatın ilk het-trikinə imza atıb.

Beləliklə, ilk günün nəticələrindən sonra 4 komanda 7 xalla liderlik edirlər. Topların daha yaxşı fərqinə görə, “Neftçi” birinci pilləyə qalxıb.

Unibank Premyer Liqası
III tur
21 avqust (şənbə)


18:00. "GƏNCƏ" - AZAL - 1:1
QOLLAR: Junivan, 42 - Nduka, 63
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Mübariz Haşımov, Ramil Diniyev
Gəncə. Şəhər stadionu

20:00. "XƏZƏR LƏNKƏRAN" - "İNTER" - 0:0
Hakimlər: Fariz Yusifov, Orxan Məmmədov, Mehman Mahmudov, Rauf Cabbarov
Lənkəran. Mərkəzi stadion

21:00. "NEFTÇİ" - "SİMURQ" - 4:0
QOLLAR: Bahodur Nasimov, 1; 44; 73; Rəşad Abdullayev, 36
Hakimlər: Elnur Muradov, Roman Vasilyev, Munis Abdullayev, Hacıəli Ağayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

22 avqust (bazar)

18:00. MOİK - "QARABAĞ" - 0:1
QOL: : Georgi Adamiya, 82
Hakimlər: Ceyhun Haşımov, Vaqif Musayev, Yaşar Abbasov, Əfqan Həmzəyev
Baki. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

18:00. "TURAN" - "MUĞAN" - 1:1
QOLLAR: : Peter Kolayode, 55 - Tural Axundov, 57
Hakimlər: Anar Salmanov, Elman Musayev, Coşqun Həsənov, Teymur Fərhadov
Tovuz. Şəhər stadionu

20:00. "BAKI" - "QƏBƏLƏ" - 2:1
QOLLAR: : Fabio Luis Ramim, 26, Jaba, 72 - Deon Barton, 5
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Ramiz Əsədov, Rəhim Həsənov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

3

2

1

0

7-1

7

2

İnter

3

2

1

0

4-0

7

3

Xəzər Lənkəran

3

2

1

0

3-0

7

4

AZAL

3

2

1

0

5-3

7

5

Qarabağ

2

1

1

0

2-1

4

6

Muğan

3

1

1

1

4-4

4

7

Bakı

3

1

0

2

4-5

3

8

MOİK

3

1

0

2

3-4

3

9

Gəncə

2

0

2

0

2-2

2

10

Turan

3

0

1

2

1-5

1

11

Simurq

3

0

1

2

1-7

1

12

Qəbələ

3

0

0

3

1-5

0


Bombardir: Bahodir Nasimov (“Neftçi”) – 5.