Messi və Eto’Onu yenə coşdurdular
22.08.2010 - 11:21
Avropanın yaşıl meydanlarında daha iki titulun sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İspaniya və İtaliyada ölkə superkubokunun qalibləri müəyyənləşiblər. Hər iki halda ölkə çempionları daha üstün olublar.
Səfərdəki ilk matçda İspaniya yığmasının oyunçularına istirahət verib uduzan “Barselona” “Sevilya” ilə görüşdə növbəti şousunu göstərib. Lionel Messinin coşduğu qarşılaşmada kataloniyalılar rəqibini darmadağın etməklə mövsümdə ilk titulunu qazanıblar.
Lionelin sabiq komanda yoldaşı Samuel Eto’O isə İtaliyada coşub. O, komandasının “Roma” ilə hesabda geri düşdüyü matçda vurduğu iki qolla matçın taleyini həll edib.
İspaniya Superkuboku, cavab oyunu
“Barselona” – “Sevilya” – 4:0
Konko, 14-öz qapısına, Messi, 25, 44, 90
İlk oyun – 1:3
İtaliya Superkuboku
“Roma” - “İnter” – 1:3
Riise, 21 – Pandev, 42, Eto’O, 70, 80

0
0