Junivan Suares AZAL-ın tarixinə düşdü
22.08.2010 - 13:05
“Gəncə” klubunun futbolçusu Junivan Suares AZAL-ın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı braziliyalı futbolçu paytaxt təmsilçisinin Premyer Liqa tarixində buraxdığı 100-cü yubiley qolunun müəllifi olub. Ölkə çempionatının III turuna qədər güclülər dəstəsində 99 top buraxan “təyyarəçilər” yubiley topunu Gəncədə eyniadlı komanda ilə matçda buraxıblar. Premyer Liqada 6-cı mövsümünü keçirən bakılılar üçün yubiley olan bu qolun müəllifi olan Junivan vatxılı oynadığı komandanı qapısına yol tapıb.
Qeyd edək ki, 1:1 hesabı ilə bitən görüşdə fərqlənən cənubi amerikalı Premyer Liqa tarixinə 3 klubda qol vuran nadir legionerlərdən biri kimi də düşüb. Junivan vaxtilə “Turan” və “Olimpik”in (indiki AZAL) heyətində də qol sevinci yaşayıb.
AZAL-ın Premyer liqada buraxdığı qollar
2005/06 - 27
2006/07 - 17
2007/08 - 7
2008/09 - 18
2009/10, ilkin mərhələ - 23
2009/10, final mərhələsi - 5
2010/11 – 3
Cəmi - 100

0
0