Kvaratsxeliyadan Nasimovadək: legionerlərin 25-ci het-triki
22.08.2010 - 13:15
Bakının “Neftçi” klubunun futbolçusu Bahodur Nasimov Unibank Premyer Liqasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, özbəkistanlı hücumçu 2010/11 mövsümündə het-trikə imza atan ilk oyunçu olub. Nasimov adını həm də çempionatlarımız tarixinə yazdırıb. Belə ki, onun adı het-trik müəllifi olan legionerlərin siyahısına düşüb.
Premyer Liqanın III turunda “Simurq”a “divan tutan” özbəkistanlı çempionatımızın bir oyununda 3 qol vuran 20-ci əcnəbi olub. Bu 20 gəlmə futbolçu ümumilikdə 25 dəfə het-trik müəllifi olublar. Yəni, “Neftçi”nin futbolçusu 20-ci olmaqla 25-ciyə imza atıb.
Xatırladaq ki, Azərbaycanda ilk het-trik müəllifi olan legioner Badri Kvaratsxeliyadır. 12 il əvvəl “Kəpəz”də bunu bacaran gürcüstanlı sonradan daha iki het-trik edərək bu mənada əcnəbilərin mütləq rekordçusu sayılır. Bunu 3 dəfə gerçəkləşdirən Badri ən yaxın izləyiciləri Junivan Suares, Əhməd Ticani və Anatoli Doroşun hesabında 2 het-trik var. Digər 16 legioner isə buna 1 dəfə nail olublar.
Bahodur vətəni Özbəkistanı təmsilçiləri çempionatımızda het-trik edən ölkələr siyahısına da düşməsində rol oynayıb. Çünki o, bunu bacaran ilk özbək olub. Bununla da Özbəkistan 15-ci ölkə kimi tarixə düşüb. Bu siyahıya isə Gürcüstan başçılıq edir – 5 het-trik.
Nasimov “Neftçi”nin bir oyununda 3 qol vuran 4-cü legioner olub. Leonid Kalfa, Tomislav Mişura və Branimir Subaşiçin davamçısı olan hücumçu bakılıların “İnter”ə çatmağına səbəbkar olub. Paytaxt təmsilçiləri 13 komanda arasında ilkj pillədə qərarlaşıblar.
Legionerlərin bütün het-trikləri
1997/98 Badri Kvaratsxeliya (Kəpəz) - 2 dəfə
1999/2000 Badri Kvaratsxeliya (Şəmkir)
2000/01 Leonid Kalfa (Neftçi)
2003/04 Arçil Soxadze (Xəzər Universiteti)
2004/05 Eskot Essanq (Şəmkir), Oqtay Dərəlioğlu (Xəzər-Lənkəran), Şalva Mumuladze (Şahdağ)
2005/06 Junivan Suares (Turan) - 2 dəfə, Tomislav Mişura (Neftçi), Əhməd Ticani (Şahdağ), Yakuba Bamba (Karvan)
2006/07 Vladimir Mazyar (Simurq)
2007/08 Branimir Subaşiç (Neftçi), Əhməd Ticani (Bakı), Anatoli Doroş (Standard)
2008/09 Fərzad Hatəmi (Qəbələ), Leandro Qomeş (Olimpik), Viktor İbekoyi (Turan), Valter Quqlemon (İnter)
2009/10 Girts Karlson (İnter), Anatoli Doroş (Olimpik-Şüvəlan), Robertas Poşkus (İnter)
2010/11 Bahodur Nasimov (Neftçi)
Çempionatımızda het-trikə imza atanların ölkələr üzrə təmsilçiliyi
Gürcüstan – 5
Braziliya,Nigeriya – 3
Moldova, Ukrayna – 2
Latviya, Litva, Türkiyə, İran, Sloveniya, Serbiya, Seneqal, Kot d’ivuar, Uruqvay, Özbəkistan – 1
Hansı klubun legionerləri het-trikə imza atıb?
“Neftçi”, “İnter”- 4
“Turan” - 3
“Kəpəz”, “Şəmkir”, “Şahdağ”, AZAL - 2
“Xəzər Lənkəran”, “Simurq”, “Karvan”, “Bakı”, “Standard”, “Qəbələ” - 1

0
0