Premyer Liqa klubu milliyə futbolçu verməyəcək
22.08.2010 - 14:25
Ukrayna Premyer Liqasında çıxış edən “Metallist” klubunun futbolçuları bu ölkənin milli komandasında oynamaqdan imtina ediblər. Apasport.az saytının məlumatına görə, Xarkov təmsilçisinin baş məşqçisi Miron Markeviçin yığmada tutduğu eyni postdan istefa verməsindən sonra oyunçular da bu etiraz aksiyasına qoşulublar.
Xatırladaq ki, təcrübəli mütəxəssis 2008-ci aprelin 19-da keçirilən “Metallist” – “Karpatı” oyununu (4:0) danışılmış sayaraq hər iki kluba sərt sanksiyalar tətbiq edən Ukrayna Futbol Federasiyasının Nizam İntizam Komitəsinin qərarına etiraz əlaməti olaraq millidən ayrılıb.
Onunla həmrəylik nümayiş etdirən “Metallist” futbolçularından üçü – Denis Oleynik, Sergey Valyayaev və Marko Deviç sob matçlaradək yığmaya çağırılırdı. Onlar artıq millinin şərəfini qorumayacaqlar. Zədələnənə qədər yığmada oynayan qapıçı Aleksandr Qoryainov da çağırılaccağı halda millinin düşərgəsinə yollanmayacaq.
Qeyd edək ki, “Metallist” və “Karpatı”nın hərəsinin hesabından 9 xal pozulmasına qərar verən Nizam İntizam Komitəsi hər ikisini para cəzası ilə də cərimələyib. Bakının AZAL klubunun sabiq kapitanı Sergey Laşenkov isə ömürlük futboldan uzaqlaşdırılıb. Həmin vaxt “Karpatı”da çıxış edən müdafiəçi alqı-satqının əsas qəhrəmanı olmuşdu.

0
0