Assosiasiya milli komandanın uğursuzluğunun səbəbini tapdı
22.08.2010 - 17:45
İngiltərə Futbol Assosiasiyası yığmanın CAR-da keçirilən dünya çempionatının final mərhələsində uğursuzluğa düçar olmağının səbəbini tapıb. Apasport.az saytının məlumatına görə, britaniyalılar yığmanın baş məşqçisi Fabio Kapellonun ingilis dilini ideal bilməməyindən narazıdır. Bəzi futbolçuların çalışdırıcının fikrini anında tuta bilməməkdən şikayətlənməsi assosiasiya rəhbərliyini də addım atmağa vadar edib. Qurum mütəxəssisdən xahiş edib ki, yaxın zamanda bu çatışmazlığı aradan qaldırsın. Britaniyalılar Kapelloya “Çelsi”yə rəhbərlik edən həmyerlisi, fikrini ingilis dilində səlis ifadə edə bilən Karlo Ançelottini nümunə göstəriblər.
Qeyd edək ki, İngiltərə yığması mundialın 1/8 finalında Almaniyaya 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı.
Qeyd edək ki, İngiltərə yığması mundialın 1/8 finalında Almaniyaya 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı.
0
0