Ramil Əliyev: Oyunumuzu göstərə bilmirik
22.08.2010 - 20:42
"İlk olaraq "Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Oyunumuza gəlincə, əvvəlki oyunda olduğu kimi minimal hesabla məğlub olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri MOİK klubunun baş məşqçisi Ramil Əliyev deyib.
Gənc çalışdırıcı Unibank Premyer Liqasının III turunda “Qarabağ”dan alınan 0:1 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb. Əliyev qarşılaşmadan sonrakı mətbuat konfransında bunu çatışmazlıqların qalması ilə izah edib: “Komandamız əsasən gənc futbolçulardan təşkil olunub, oyunumuzu göstərə bilmirik. Hücum xəttində də müəyyən çatışmazlıqlar var. Qarşıdakı oyunlarda bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".
Mənbə: pfl.az

0
0