“Turan” futbolçu axtarışını davam etdirir
22.08.2010 - 21:00
Tovuzun "Turan" klubunun baş məşqçisi Sakit Alıyev müdafiəçilərindən narazı qalıb. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının III turunun “Muğan”la oyunundan sonra keçirilən mətbuat konfransında çalışdırıcı arxa xətt oyunçularını qınayıb.
Alıyev növbəti xal itkisindən sonra yenə oyunçu axtarışlarında olduğunu açıqlayıb: "Orta xətt futbolçularının və hücumçuların oyunu məni qane etdi. Müdafiəçilərdən isə narazı qaldım. Daha iki futbolçu transfer etmək fikrindəyik. Alınmasa, yerli oyunçulara şans verəcəyik".
Qeyd edək ki, “Turan” – “Muğan” qarşılaşması 1:1 hesabı ilə başa çatıb.

0
0