“Muğan”ın oyunundan razı qaldım”
22.08.2010 - 21:14
“Muğan”ın oyunundan razı qaldım”
Salyanın "Muğan" klubunun baş məşqçisi Almir Hirtiç Unibank Premyer Liqasının III turunda qazanılan bir xaldan razı qalıb. Apasport.az saytının məlumatına görə, “Turan”la səfərdəki matç bosniya və herseqovinalı mütəxəssisi qane edib.

Hurtiç 1:1 hesabı ilə bitən görüşdə buraxılan yeganə qolu da müdafiəçilərin səhvi sayır: "Komandamın oyunundan razı qaldım. Gərgin oyun keçdi. Buraxdığımız qolda müdafiəçilərimiz rəqibin uzun ötürməsinə çata bilmədilər, hesabda geri düşdük. Lakin qısa zamanda bərabərliyə nail olduq".