Mahir Şükürovu cəzalandırdılar
22.08.2010 - 23:10
Mahir Şükürovu cəzalandırdılar
Rusiya Premyer Liqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun şərəfini qoruduğu “Anji” klubu səfərdə “Alaniya”nın qonağı olub. Vladiqafqazda keçirilən qarşılaşmada qapılara qol vurulmayıb – 0:0.

28 yaşlı müdafiəçimiz həmişə olduğu kimi bu dəfə də start heyətində yer alıb. Şükürov matçın 54-cü dəqiqəsində “fərqlənə” bilib. Həmyerlimiz mövsümdə üçüncü dəfə sarı vərəqə ilə cəzalandırılıb. Mahir bu görüşün 79-cu dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, 18 oyundan sonra hesabında 20 xal olan “Anji” 12-ci pillədə qərarlaşıb.