Toni Adams futbolçuları ilə fəxr edir
23.08.2010 - 08:52
Unibank Premyer Liqasının III turunda ardıcıl üçüncü məğlubiyyətini alan “Qəbələ” klubunun baş məşqçisi Toni Adams yetirmələrindən razı qalıb. Apasport.az saytının məlumatına görə, britaniyalı mütəxəssis “Bakı”ya 1:2 hesabı ilə uduzan komandasının oyundan-oyuna artırdığını düşünür.
Səfər matçından sonra keçirilən mətbuat konfransında Adams futbolçularını tərifləməyi lazım bilib: "Mövsüm başlayandan 3 çətin oyun keçirdik. Bu oyunların içində bu gün ən yaxşı oyunumuzu göstərdik. Futbolçularımla fəxr edirəm".
Qeyd edək ki, “Qəbələ” “Bakı” ilə səfər oyununda hesabı açsa da sonradan 2 qol buraxaraq meydanı xalsız tərk edib.

0
0