AFFA azarkeşləri Kölnə aparır
23.08.2010 - 09:05
Azərbaycan milli komandasının Avro-2012-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə səfərdə keçirəcəyi qarşılaşmada yığmamız dəstəksiz qalmayacaq. Apasport.az saytının məlumatına görə, AFFA sentyabrın 7-də Almaniyanın Köln şəhərində keçiriləcək görüşdə komandamıza dəstək olmaq üçün azarkeşlərə lazımi şərait yaradacaq.
Bu məqsədlə Almaniya Futbol İttifaqı ilə əldə olunmuş razılığa əsasən milli komandamızın azarkeşləri üçün AFFA-ya 730 bilet ayrılıb. Hər biri 35 avro dəyərində olan 400 bilet AFFA tərəfindən alınaraq azarkeşlərə pulsuz paylanacaq. İlkin olaraq pulsuz biletlər Avropa ölkələrində təhsil alan və Azərbaycandan bu oyuna gedən azarkeşlərə veriləcək. Qalan biletlər isə xaricdə yaşayan soydaşlarımız arasında bölünəcək.
Milli komandamıza dəstək olmaq üçün Almaniyadan bilet almaq istəyən soydaşlarımıza müraciət edən assosiasiya onların matçı azarkeşlərimiz üçün nəzərdə tutulan 6-cı Şimal tribunasından izləməyini istəyir.
Mənbə: affa.az

0
0