Berti Foqtsun yetirmələri üçün 7 məşq
23.08.2010 - 09:45
Azərbaycan milli komandasının məşq cədvəli məlum olub. Apasport.az saytının məlumatına görə, avqustun 23-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçiriləcək yığmamızın bütün məşqləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutacaq.
Hazırlıq dövründə Berti Foqts yetirmələrini 7 məşqə çıxaracaq. Bu gün, sabah və avqustun 25-də komanda iki dəfə hazırlıq keçəcək: hər gün saat 10:00 və 18:30. Birisi gün axşam isə millinin qapıları media nümayəndələrinin üzünə açıq olacaq. Saat 17:00-da “Aeroport hotel”də futbolçulardan müsahibə almaq imkanı əldə edən KİV nümayəndələri 18:30-da başlayacaq axşam məşqində çəkiliş apara biləcəklər. Yığmanın təlim-məşq toplanışı avqustun 26-da səhər saat 10:00-da başlayacaq məşqlə yekunlaşacaq.
Qeyd edək ki, təlim-məşq toplanışında Ağdamın “Qarabağ” klubunun futbolçuları, həmçinin ölkə xaricində çıxış edən oyunçularımız iştirak etmirlər.
Mənbə: affa.az

0
0