“Borussiya” Bakıya məğlub gəlir
23.08.2010 - 10:00
“Borussiya” Bakıya məğlub gəlir
Almaniya Bundesliqasında I turun oyunları keçirilib. Apasport.az məlumatına görə, tur Avroliqanın pley-off mərhələsində “Qarabağ”ın rəqibi “Borussiya” üçün uğurlu olmayıb. Leverkuzen “Bayer”i ilə qarşılaşan Yurgen Kloppun yetirmələri doğma azarkeşləri qarşısında 0:2 hesabı ilə uduzublar. 73.300 tamaşaçının izlədiyi qarşılaşmada 19-cu dəqiqədə Barnetta və 22-ci dəqiqədə isə Auqusto fərqlənib.

Qeyd edək ki, “Borussiya” Avroliqanın pley-off mərhələsinin ilk görüşündə Qurban Qurbanovun yetirmələrinin qapısından 4 cavabsız top keçiriblər.