Mahir Şükürova 6 bal verdilər
23.08.2010 - 11:15
Mahir Şükürova 6 bal verdilər
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov Rusiyanın “Anji” klubunun ən yaxşı futbolçularından biri seçilib. Apasport.az saytının məlumatına görə, Rusiya Premyer Liqasının son turunda “Alaniya” ilə qarşılaşmada həmyerlimizin oyunu 6 balla qiymətləndirilib. Bu da onun komandasında 2 ən güclü oyunçudan biri olması ilə nəticələnib. Belə ki, rusiyalı həmkarlarımız tərəfindən Mahaçqala komandasında Şükürovdan başqa yalnız David Sorayev 6 bala layiq görülüb. Digər futbolçuları isə onlardan aşağı balla qiymətləndiriliblər.

Qeyd edək ki, Şükürov “Alaniya” ilə matçda start heyətində meydana çıxıb və 79-cu dəqiqə əvəzlənib.