Cəmşid Məhərrəmov: Bu gün çempionluğa ən real namizəd “Bakı”dır
23.08.2010 - 12:02
“Ağır oyun oldu. Hər iki komanda qələbə qazanmaq istəyirdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunu kapitanı Cəmşid Məhərrəmov deyib.
Cari mövsümə uğursuz start verən “Bakı” ilk iki turda meydanı məğlub tərk edib. Paytaxt təmsilçisi əvvəlcə AZAL-a, daha sonra isə “Muğan”a yenilib. Heyətini yayda əməlli-başlı yeniləyən paytaxt təmsilçisi nəhayət həftəsonu uğursuzluğa son qoyub. “Qəbələ” ilə qarşılaşan Vinfred Şaferin yetirmələri mövsümdə ilk qələbəsini bayram edib: “Qəbələ” yaxşı komandadır. Onların baş məşqçisini təbrik edirəm. Ardıcıl iki məğlubiyyətdən sonra uşaqlarda psixoloji gərginlik var idi. Stressdən çıxmağa çalışırdıq. Axır ki, istəyimizə çatdıq”.
Əvvəlki oyunlardakı məğlubiyyətlərə də aydınlıq gətirən Məhərrəmov fikrini belə tamamlayıb: “Uşaqlarda psixoloji gərginlik var idi. Avropa Liqasının oyunları, eləcə də sonrakı proseslər öz təsiri göstərib. Həm də ötən il də komandada eniş olmuşdu. Sonradan toparlanıb, yüksəlişə keçdik. Bu gün çempionluğa ən real namizəd “Bakı”dır. Yəqin ki, qarşıdakı oyunlarda itirdiyimiz xalları sığortalayacağıq. Həm çempion olacağıq, həm də kuboku qazanacağıq”.

0
0