Rəşad Sadıqov: “Borussiya”nın öz vahiməsi var idi
23.08.2010 - 12:37
Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- Unibank Premyer Liqasının III turunda qarşılaşdığınız MOİK-lə oyun necə keçdi?
- Asan olmadı. MOİK gənclərdən qurulub və istəkli komandadır. Baş məşqçi Qurban Qurbanov Avropa Liqasının oyunlarında meydana çıxan futbolçulara istirahət vermişdi. Maraqlı görüş oldu. 3 xal qazandığımıza görə şadam. Bu qələbə bizim üçün “Borussiya” ilə oyun öncəsi böyük əhəmiyyət kəsb edirdi.
- Ancaq matçın taleyini sonradan meydana daxil olan əsas heyətin futbolçuları həll etdilər...
- Biz artıq bir komandayıq. Futbolu kollektiv şəkildə oynayırıq. Ona görə də, həm yaxşı, həm də pis nəticəni kollektivin ayağına yazmaq lazımdır. Ayrıseçkilik etmək düzgün deyil.
- Avrokubok oyunlarından sonra daxili yarışlara adaptasiya olmaq mümkündürmü?
- Elə də çətin deyil. Hamımız peşəkar futbolçularıq. Hər xalın əhəmiyyəti var. Çempionata ciddi hazırlaşmışıq. Bu il daxili yarışlara daha yüksək səviyyədə motivasiya olacağıq. Avrokuboklarda oynadığımız vaxtda Premyer Liqada itkisiz irəliləməliyik. Bu dövrü itkisiz keçirmək vacibdir.
- Bir qədər də Avropa Liqası çərçivəsində keçirilən oyunlar haqqında danışaq. Dortmundda “Qarabağ” özünə bənzəmirdi. Həmin gün nə baş vermişdi?
- Bu, futboldur. 5 qarşılaşmada yaxşı oynayırsan, birində də oyunun alınmır. Bu situasiyanı böyük klublar da yaşayır. Avrokuboklarda keçirdiyimiz 6 oyunumuz uğurlu alındı. Sadəcə, Almaniyada alınmadı. “Borussiya” isə öz oyununu oynadı. Məsələn, “Metallurq”la qarşılaşmada qapıya vurduğumuz 4 zərbə qolla nəticələndi. Həmin gün də onların qapıya istiqamətləndirdiyi toplar qol oldu.
- Ötürmə zamanı tez-tez səhvə yol verməyinizdə azarkeş amilinin də rolu oldumu?
- Azarkeş amilindən çox, “Borussiya”nın öz vahiməsi var idi. Buraxdığımız səhvlər sayəsində məğlub olduq. Yəni, oyundan əvvəl, onların adı bizdə vahimə yaratsa da, oyunun gedişində hər şeyin normal olduğunu gördük. Həm də “Visla” ilə keçirdiyimiz hər iki oyunda maksimum gücümüzü qoyduq. Həmin oyunda Adamiya, Rauf, Sadiqov, Maksim, Fərhad maksimum səviyyədə çıxış etdilər. Nəticə də uğurlu alındı. “Borussiya” ilə oyunda isə heç kim maksimum səviyyədə oynaya bilmədi. Həm də fikrimcə, “Visla” ilə oyunlar daha vacib idi. Düzdür, pley-off mərhələsini adlaya bilsək, qrupa düşəcəyik. Nə bilim, udduğumuz kimi, məğlubiyyəti də həzm etmək lazımdır.
- Cavab matçından nə gözləyirsiniz?
- MOİK-lə matçdan sonra bütün futbolçuların diqqəti “Borussiya” ilə oyuna yönəlib. Rəqibimiz dünən Bundesliqada Leverkuzen “Bayer”i ilə qarşılaşıb və məğlub olub. Bakıdakı oyundan sonra isə “Ştutqart”la üz-üzə gələcəklər. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
- Azarkeşlərə sözünüz varmı?
- Azarkeşlərimizi sevindirməyə çalışacağıq. İnanıram ki. bu günə qədər onlara sevinc bəxş etmişik. İnşallah, bunu yenə davam etdirmək niyyətindəyik.
- “Borussiya” ilə oyun öncəsi heyətdə zədəli futbolçu varmı?
- Elvin Məmmədov MOİK-lə matçda dabanından zədələnib. Çünki oyunun gedişində əvəzlənməsini istədi. Ondan başqa, itkimiz yoxdur.

0
0