Azərbaycan futbolçuları promofinala getdilər
23.08.2010 - 12:49
Azərbaycan futbolçuları promofinala getdilər
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün Portuqaliyaya yola düşüb. Apasport.az saytının məlumatına görə, Emil Cabbarovun yetirmələri Avropa Liqasının B divizionundan A divizionuna yüksəlmək üçün promofinal mərhələsində iştirak edəcəklər.

Yığmamızın çıxış etdiyi bu yarışda komandalar 2 qrupda mübarizə aparacaq. A qrupunda Fransa, Macarıstan və Çexiya, B qrupunda isə İsrail, Azərbaycan və Türkiyə milliləri yer alıb. Qrup oyunlarını birinci pillədə başa vuracaq komandalar pley-off mərhələsində üz-üzə gələcək. Qalib komanda A divizionuna vəsiqə qazanacaq.

Qeyd edək ki, oyunlar avqustun 26-dan 29-dək Portuqaliyanın Lissabon şəhərində keçiriləcək.

Mənbə: affa.az