“Neftçi” bəyənmədi, “Sibir”ə getdi
24.08.2010 - 10:41
"Neftçi"də baxışda olan Vaqiz Qaliullin komandanın düşərgəsini tərk edib. Apasport.az saytının məlumatına görə, Rusiya çempionu "Rubin" ilə əməkdaşlığın nəticəsi kimi, paytaxtımıza dəvət olunan özbəkistanlı futbolçu karyerasını Novosibirskdə davam etdirəcək. Belə ki, Kazan təmsilçisi “Neftçi”nin keçidi ilə bağlı qərar verməyə tərəddüd etdiyi yarımmüdafiəçisini “Sibir” klubuna icarəyə verib.
Paytaxt təmsilçisinin baş məşqçisi Arif Əsədov isə klubun rəsmi internet saytına açıqlama verərək, Qaliullinin nə vaxt isə qayıdacağına ümid etdiyini bildirib: "Özbək futbolçunu həm məşqlərdə, həm də ikitərəfli oyunda sınamaq istəyirdik. Lakin evlərindən ona zəng vurub, ona atasının səhhətində problem olduğunu dedilər və Vaqiz vətəninə getməli oldu. Qaliullini cəmi iki məşqdə sınaya bildik, bu isə onun haqda əminliklə qəti fikir söyləməyə kifayət etmədi. “Transfer pəncərəsi”nin də bağlanmasına az zaman qaldığından, onu yenidən sınamağa vaxt qalmayacaq. Bununla belə, Özbəkistan yığma komandasının üzvünü nəzərimizdə saxlayacağıq. Ola bilsin ki, onu gələn il bir də yoxlayaq".
Qeyd edək ki, Avropa Liqasında çıxışını davam etdirən Vaqizin yeni komandası Hollandiyanın məşhur PSV klubunu ilk oyunda 1:0 hesabı ilə məğlub edib.

0
0