MOİK AZAL-ın futbolçusuna göz dikib
24.08.2010 - 11:32
AZAL klubunun futbolçusu Robert Petrov Bakını tərk edə bilər. Apasport.az saytının məlumatına görə, buna bolqarıstanlı legionerin vətənindən təklif alması səbəb olacaq.
Belə ki, Sofiya MOİK-i sabiq müdafiəçisinin geri qayıtmağında maraqlıdır. “Hərbçilər”in yeni baş məşqçisi Qure Yovanovski 32 yaşlı futbolçunu sərəncamında görmək istəyir. Bolqarıstan təmsilçisi Robertlə bağlı yekun qərarını bu gün verməlidir. Lakin MOİK rəhbərliyi Petrovu geri qaytarmaq üçün “təyyarəçilər”lə də danışıq aparmalıdır. Çünki sofiyalılar müqavilə ilə bakılılara məxsus olan Robert üçün para ödəməli olacaqlar.
Qeyd edək ki, 2006-08-ci illərdə MOİK-də çıxış edən Petrov Unibank Premyer liqasının ilk 3 turunda əvəzlənmədən meydanda olub.

0
0