“Gəncə” braziliyalı yarımmüdafiəçinin yolunu gözləyir
24.08.2010 - 12:14
“AZAL-la oyun xoşuma gəldi. Birinci görüşlə müqayisədə, uşaqlar bu dəfə daha yaxşı oynadılar. Futbolçular arasındakı anlaşma da məni qane etdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun prezidenti Elmir Əliyev deyib.
Unibank Premyer Liqasında ardıcıl iki qarşılaşmada eyni hesablı (1:1) heç-heçəyə razı olan “Gəncə” “Simurq”la matçdan fərqli, AZAL-la oyunda hesabda irəli çıxsa da, bu üstünlüyünü sona qədər qoruyub saxlaya bilməyib. Nəticədə əyalət təmsilçisi qələbəni əldən verib. Ancaq komandanın sərgilədiyi oyun klub rəhbərliyini qane edib.
Bu arada dayaq yarımmüdafiəçisi axtarışını davam etdirən “Gəncə” bir neçə futbolçu ilə danışıq aparır. Onlardan biri bu gün əyalət təmsilçisinin düşərgəsinə qoşulacaq: “Bir neçə futbolçu arasında seçim edəcəyik. Aralarında gürcüstanlı, eləcə də Finlandiyada çıxış etmiş oyunçular var. Bu gün braziliyalı dayaq yarımmüdafiəçisi komandanın düşərgəsinə qoşulacaq. Onu sınadıqdan sonra qərar verəcəyik. Ayın sonuna qədər vaxtımız var”.

0
0