Azərbaycan yığması “Hannover”lə qarşılaşacaq
24.08.2010 - 12:25
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti rəqibi müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Adil Şükürovun çalışdırdığı komanda Almaniyanın “Hannover 96” klubunun nəzdindəki U-17 ilə yoxlama görüşündə qüvvəsini sınayacaq. Oyun avqustun 31-də baş tutacaq.
0
0