Belarus – Azərbaycan matçı yunanıstanlı hakimə tapşırıldı
24.08.2010 - 12:42
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oyununu idarə edəcək hakim müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belarus yığmasına qarşı keçiriləcək qarşılaşmada yunanıstanlı FİFA referisi Stavros Tristonis fit çalacaq. Sentyabrın 7-də keçiriləcək matçda ona kömək edəcək həmyerlilərinin adları isə hələ dəqiqləşməyib.
Qeyd edək ki, Borisov şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Borisov şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
0
0