“Nə vaxtsa “Neftçi”nin formasını geyinəcəyəm” - FOTO
24.08.2010 - 12:50
“Nə vaxtsa “Neftçi”nin formasını geyinəcəyəm” - FOTO
“Bakıya gələndə məni yaxşı qarşıladılar. “Neftçi”də çox gözəl klubdaxili atmosfer hökm sürür”. Apasport.az-ın “Neftçi”nin rəsmi saytına istinadən məlumatına görə, bu sözləri komandanın düşərgəsində baxışda olan Vaqiz Qaliulin Özbəkistana yollanmazdan öncə deyib.

Asiyalı futbolçu bildirib ki, hazırda Azərbaycanı tərk etsə də, gələcəkdə yenidən “Neftçi”də peyda ola bilər: “Neftçi” ilə “Rubin” arasında əməkdaşlıq var. Kazan klubundan mənə "Neftçi"yə baxışa yollanmaq təklif edildi. Həmyerlim Bahodir Nasimovun da burada oynadığını nəzərə alaraq, bunu məmnuniyyətlə qəbul etdim. Təəssüflər olsun ki, atamın səhhətinin pisləşməsi ilə əlaqədar Bakını tərk etməli oldum. “Rubin”də çıxış edərkən bir çox Rusiya klubundan təklif almışdım. Bunların arasında “Sibir”, Nalçik “Spartak”ı da vardı. Amma “Neftçi” kimi adlı-sanlı kluba yollanmağa qərar verdim. İnanıram ki, nə vaxtsa “Neftçi”nin formasını geyinəcəyəm”.