23 min manatlıq iclasda 10 oyunluq cəza
24.08.2010 - 13:29
Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, komitə üzvləri Unibank Premyer Liqası və əvəzedicilərin çempionatının III turunda baş verən qayda pozuntularına hüquqi qiymət verərək, müvafiq qərarlar çıxarıblar. Premyer Liqanın 4 klubunu üst-üstə 23 min manat cərimələyən İK əvəzediciləri 6200 manat ziyana salıb.
“Xəzər Lənkəran”la matçın 85-ci dəqiqəsində rəqib komandanın baş məşqçisini təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılan “İnter”in çalışdırıcısı Kaxaber Sxadadze 5 oyunluq cəzalanıb, klubu isə 5000 manat cərimə olunub. “Xəzər Lənkəran”ın icraçı direktoru Höccət Hacıyev oyun başlamazdan əvvəl, həmçinin fasilə zamanı dəfələrlə matçın hakimlərinə etirazını bildirdiyinə, qarşılaşma başa çatdıqdan sonra hakimlər otağına daxil olaraq ədalət təmsilçilərinin ünvanına nalayiq ifadələr işlədərək onlara hədə-qorxu gəldiyinə görə daha ağır cəzaya məruz qalıb – 10 oyun və 9000 manat. Cəza müddəti bitənədək onun oyun zamanı futbolçuların paltardəyişmə otağına, meydana və ona bitişik ərazilərə daxil olması qadağan olunub.
“Bakı” – “Qəbələ” matçında qırmızı vərəqə alan oyunçuların cəzaları fərqli olub. “Bakı”nın qapıçısı Xalidu Sissoko rəqibə qarşı qeyri-etik jestə görə birbaşa qırmızı vərəqə alaraq ehtiyat oyunçular skamyasından qovulduğu üçün 3 oyunluq cəzalanıb, klub 2000 manat ödəyəcək. Matçın 89-cu dəqiqəsində “Qəbələ” futbolçusu Milan Antiç rəqibə tüpürdüyü üçün birbaşa qırmızı vərəqə alıb ki, onun cəzası daha ağır olub: 6 oyun və 5000 manat. Qarşılaşmanın 90+2-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan “Qəbələ”nin üzvü Lyubo Baranin isə 3 oyun buraxmaqla yanaşı, komandasını 2000 manat xərcə salıb.
Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatında isə “Bakı” 500, “Turan” 2500, “Muğan” 2000, “İnter” 500, “Qarabağ” 600, “Neftçi” 100 manat cərimələnib. Rəşad Piriyev (“Turan”), Orxan Lalayev (“Muğan”) hərəyə 4, Elhad Əhmədov (“Neftçi”), Pərviz Qabilzadə (“Qarabağ”) hərə 1 oyunluq cəzalanıb.

0
0