Arif Əsədov: “İnter”in zəif cəhətlərini desəm, tədbir görərlər
24.08.2010 - 13:40
“Məşqlərə 2 gündür başlamışıq. Gündə 1 dəfə məşq edirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Özbəkistanlı legioner Vaqiz Qaliullinin komandadan ayrılmasından sonra transfer çalışmalarını yekunlaşdıran “Neftçi” bütün diqqətini həftəsonu “İnter”lə keçirəcək oyuna yönəldib. Flaqmanın əsas heyət üzvlərindən bir neçəsi məşq prosesindən kənarda qalıb. Baş məşqçi “18-liy”i məhz onların dönüşündən sonra müəyyənləşdirəcəyini bildirib: “9 futbolçumuz yığmanın düşərgəsindədir. Onlar komandaya avqustun 26-da qoşulacaq. Hazırda məşq prosesində 15-16 futbolçu iştirak edir. Rəqibin oyununu analiz etmişəm. Ancaq zəif cəhətlərini deməyəcəm. Çünki bunu etsəm, onlar tədbir görə bilərlər. Yeganə məqsədimiz qələbə qazanmaqdır. Lider olmaq asandır, onu qorumaq çətin. Necə deyərlər, biz çətin olanı etməliyik”.

0
0