Elmar Baxşıyev “4-ü” “2-yə” endirdi
24.08.2010 - 14:05
Elmar Baxşıyev “4-ü” “2-yə” endirdi
“Zədəm demək olar, sağalıb. Hər şey qaydasındadır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun yarımmüdafiəçisi Elmar Baxşıyev deyib.

Unibank Premyer Liqasının II turunda “Qəbələ” ilə oyunda zədələnən və bud nahiyəsində yırtıq aşkarlanan Baxşıyevin ən azı 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilsə də, futbolçu növbəti turun oyununa hazırdır. Artıq kollektiv məşqlərə qatılan Baxşıyev meydana çıxıb-çıxmamağının baş məşqçidən asılı olduğunu bildirib: “Kollektiv məşqlərə qoşulmuşam. Heç bir ağrı hiss etmirəm. Baş məşqçi şans versə, meydana çıxmağa hazıram”.