UEFA nümayəndələri Bakıya gəldilər
24.08.2010 - 14:46
UEFA-nın Het-trik proqramı üzrə meneceri Jozef Kliment və stadionların ot örtüyü üzrə mütəxəssisi Markus Keller Bakıda səfərdədir. Apasport.az saytının məlumatına görə, ölkəmizin qonaqlarının bir günlük səfər proqramına AFFA-nın və UEFA-nın maliyyə yardımı ilə Mərdəkan qəsəbəsindəki “Dalğa” istirahət kompleksinin ərazisində və Bayıl qəsəbəsində inşa olunan stadionlarla tanışlıq, infrastrukturun inkişafı ilə bağlı məsələlər barədə müzakirələr, həmçinin təcrübə mübadiləsinin aparılması daxildir. Baş katib Elxan Məmmədovla keçirilən görüşdə bu barədə ətraflı fikir mübadiləsi aparan qonaqlar stadionların inşası ilə bağlı görülən işlərdən razı qaldıqlarını bildiriblər.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0