“Qarabağ” – “Borussiya” oyunu AzTV-də
24.08.2010 - 15:04
“Qarabağ” – “Borussiya” oyunu AzTV-də
Avropa Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Borussiya” matçını azarkeşlər televiziya vasitəsilə izləyə biləcəklər. Apasport.az saytının məlumatına görə, avqustun 26-da, saat 21.00-da start götürəcək qarşılaşmanı AzTV canlı yayımlayacaq.

Almaniyada isə oyunu “Borussiya” həvəskarları “Netradio” vasitəsilə dinləyəcəklər. Bu radionun repartyorları – Norbert Dikel və Boris Rupert görüşün başlamasına 5 dəqiqə qalmış canlı yayımda olacaqlar.

Bu arada oyunun biletlərinin qiyməti də açıqlanıb. Qarşılaşmanı VİP C və VİP D sektorlarından izləmək istəyənlər 10 manat ödəməli olacaqlar. 29-32-ci sektorları pulsuz olaraq dəvətnamə şəklində paylayacaq komanda rəhbərliyi digər sektorlar üçün 1 manat qoyub.

Qeyd edək ki, “Qarabağ” “Borussiya” ilə səfərdə keçirdiyi ilk oyunda qapısından 4 qol buraxıb.