Sensasiyalı və qollu gecə
25.08.2010 - 08:42
Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın qrup mərhələsinə vəsiqə qazanan 5 komandanın adı məlum olub.
Bu uğura sevinənlərdən dördü cavab matçını səfərdə keçirib. Yalnız “Hapoel” qrup mərhələsinə çıxmağın sevincini doğma stadionda azarkeşləri ilə bölüşə bilib. Kifayət qədər məhsuldar keçən günün 5 matçında ümumilikdə 21 qol vurulub.
Baş tutan qarşılaşmaların üçündə gözlənilməz nəticələr qeydə alınıb. Serbiya çempionu “Partizan” penaltilər seriyasında olsa belə, adlı-sanlı “Anderlext”i məğlub edib. İsrail təmsilçisi “Hapoel”in “Austriya”nı, “Braqa”nın isə “Sevilya”nı Avropa Liqasına göndərməsi də günün kiçik sensasiyaları sayılmalıdır.
“Verder” əlavə vaxtda istəyinə çatmaqla, “Sampdoriya”nı da ikinci dərəcəli yarışda oynamağa vadar edib. Ən asan qələbəni isə “Bazel” ələ edib. İsveçrəlilərə uduzan “Şerif” “Sampdoriya”, “Anderlext” və “Sevilya” kimi məşhur komandaların da yollandığı Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. Bu, Moldova çempionunun son 3 ildə ikinci belə uğurudur.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
“Anderlext” (Belçika) – “Partizan” (Serbiya) – 2:2, pen. 2:3
Lukaku, 64, Jille, 71 – Kleo, 15, 53
İlk oyun – 2:2
“Şerif” (Moldova) – “Bazel” (İsveçrə) – 0:3
Ştreller, 74, Fray, 80, 87
İlk oyun – 0:1
“Hapoel” (Təl-Əviv, İsrail) – “Austriya” (Zalsburq, Avstriya) – 1:1
Zahavi, 90 – Duqlas, 42-öz qapısına
İlk oyun – 3:2
“Sampdoriya” (İtaliya) – “Verder” (Almaniya) – 3:2 əlavə vaxtda
Pazzini, 8, 13, Kassano, 85 – Rozenberq, 90, Pizarro, 100
İlk oyun – 1:3
“Sevilya” (İspaniya) – “Braqa” (Portuqaliya) – 3:4
Luis Fabiano, 60, Navas, 84, Kanute, 90 – Mateus, 31, Lima, 58, 85, 90
İlk oyun – 0:1
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinə bu gün yekun vurulacaq.

0
0