MOİK-i legionerləri sevindirdi
25.08.2010 - 09:06
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Rusiya təmsilçisi MOİK cavab matçında da qələbə qazanmaqla, qrup mərhələsinə vəsiqə qazanıb. Moskvalılar “Anortosis”lə ilk qarşılaşmada cütün taleyini öz xeyrinə həll etsə də, səfərdə də əzmkar qələbə qazanıb. Rusiyalılara bu qələbəni legionerləri qazandırıb. Kot-d’ivuarlı Dumbya və çilili Qonsales MOİK-in sevinməsinin səbəbkarları olublar.
Avropa Liqası, pley-off mərhələsi
“Anortosis” (Kipr) - MOİK (Rusiya) - 1:2
Kafu, 76 - Dumbya, 85, Qonsales, 89
Ilk oyun – 0:4
Avropa Liqası, pley-off mərhələsi
“Anortosis” (Kipr) - MOİK (Rusiya) - 1:2
Kafu, 76 - Dumbya, 85, Qonsales, 89
Ilk oyun – 0:4
0
0