“Neftçi”dən qovulan futbolçu seçilmişlər sırasında
25.08.2010 - 10:17
“Neftçi”dən qovulan futbolçu seçilmişlər sırasında
Türkiyə Bank Asiya I Liqasının start götürməsinə qonşu ölkədən olan həmkarlarımız da biganə qalmayıblar. Apasport.az saytının məlumatına görə, türk jurnalistlər burada oynayan adlı-sanlı futbolçuların siyahısını müəyyənləşdiriblər. Bir vaxtlar Türkiyə Superliqasına sığmayan, özlərini daha güclü çempionatlarda sınamaq istəyən, sonda isə birinci dəstə səviyyəsinə enən ulduzlar sırasında bizə tanış sima da var.

Belə ki, Bülənt Bölükbaşı, Cenk İşlər və Tolqa Seyhanla yanaşı, “dördlük”də yer alan Levent Kartop vaxtilə “Neftçi”nin şərəfini qoruyub. Paytaxt təmsilçisindən kənarlaşdırılan hücumçu hazırda “Dənizlispor”da çıxış edir. 31 yaşlı futbolçu vaxtilə məşhurlaşdığı bu klubda 20 nömrəli formanı daşıyır. Bu da Dənizlinin avtomobil nömrəsinin 20 olması ilə bağlıdır.

Qeyd edək ki, Kartop 2008-ci ilin payızında almaniyalı məşqçi Hans-Yurgen Gede tərəfindən “Neftçi”dən qovulub.