Öncə Qurbanov sonra Klopp
25.08.2010 - 12:26
Öncə Qurbanov sonra Klopp
“Qarabağ” və “Borussiya” klubları bu gün Tofiq Bəhramov adına Respublika stadionunda son məşqlərinə çıxacaqlar. Apasport.az saytının məlumatın görə, Avroliqanın pley-off mərhələsinin cavab görüşündə qarşılaşacaq komandaların məşqçiləri hazırlıqdan öncə mətbuat konfransa keçirəcəklər.

Ağdam klubunun çalışdırıcısı KİV nümayəndələri ilə görüşə 19:15-də gələcək. 15 dəqiqəlik görüşdən sonra “Qarabağ” 19:30-da 1 saatlıq məşq keçəcək.

Daha sonra saat 20:30-da “Borussiya”nın baş məşqçisi Yurgen Klopp media mənsublarının önünə çıxacaq. Dortmund klubunun çalışdırıcısı həmkarından fərqli, mətbuat konfransını 30 dəqiqə keçirəcək və son hazırlığa komandasını saat 21:00-da çıxaracaq.

Qeyd edək ki, “Qarabağ” və “Borussiya” arasında oyun sabah Tofiq Bəhramov adına stadionda baş tutacaq.