Berti Foqts milli komandanı Baden-Badenə aparır
25.08.2010 - 12:41
Berti Foqts milli komandanı Baden-Badenə aparır
Futbol üzrə Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsinin startına hazırlıq planı məlum olub. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri sentyabrın 7-də Almaniya ilə keçiriləcək ilk oyunun son hazırlıqlarını elə bu ölkədə gerçəkləşdirəcək.

Komandamız avqustun 30-də başlayacaq təlim-məşq toplanışını sentyabrın 3-dək Avstriyanın Rust şəhərində keçirəcək. Bu şəhərin “Europapark” stadionunda hazırlıq keçdikdən sonra Foqts komandanı Almaniyaya, məşhur Baden-Baden şəhərinə aparacaq. Millimiz hazırlıqlarını “Freyzeitpark” arenasında təşkil olunan məşqlərlə yekunlaşdıracaq.

Avstriya və Almaniyadakı toplanış çərçivəsində millimiz bir yoxlama görüşündə qüvvəsini sınayacaq. Komandamız sentyabrın 1-də Avstriya çempionatının aşağı dəstə təmsilçisi “SV Rust” klubu ilə üz-üzə gələcək.