“Vaqif Cavadov da, digər futbolçu da “Amkar”da peyda ola bilər”
25.08.2010 - 12:54
“Vaqif Cavadov maraqlı futbolçudur. Onu tanıyırıq. Hələ ötən il onunla maraqlanırdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Rusiyanın “Amkar” klubunun texniki direktoru Vladislav Şelqunov deyib.
Komandasının uğursuz çıxış etdiyi üçün əhvalının o qədərə də yaxşı olmadığını gizlətməyən klub rəsmisi “transfer pəncərəsi”nin son günlərində heyəti gücləndirməyə çalışdıqlarını da etiraf edib. Şelqunov adı “Amkar”la yanaşı hallanan Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun mümkün keçidinə şərh vermək istəməyib: “Buna nə şərh verə bilərəm ki? Nə Vaqiflə, nə də onun klubu ilə danışıqlara başlamışıq. Adının transfer siyahımızda olub-olmamağı isə sırf klubumuza məxsus məsələdir ki, bunu açıqlamaq fikrim yoxdur. Ən azı o, hələ Permdə deyil. Hələ 3 gün vaxtımız var. Hər şey ola bilər. Cavadov da, hər hansı başqa futbolçu da komandamızda peyda ola bilər. Amma bu mənada Vaqiflə başqaları arasında heç bir fərq yoxdur”.
Perm təmsilçisinin rəsmisi müqavilə ilə Hollandiyanın “Tvente” klubuna məxsus olan həmyerlimizin keçidi üçün pul xərcləmək fikrində olmadıqlarını da hiss etdirib: “Bilirəm ki, Vaqif “Tvente”də idi. Onun hazırda müqavilə ilə məxsus olduğu klubda, yoxsa hansısa başqa komandada olduğunu bilmirəm. Bəlkə də haradasa baxışdadır. Özü də “Tvente” ilə hələ 3 illik müqaviləsi də var. Yəqin ki, onun qiyməti baha olar. Bundan artıq nə deyim ki”.
Qeyd edək ki, 7 aydır “Tvente”nin oyunçusu olan Cavadov bu müddətdə heç bir rəsmi matçda əsas komandada meydana çıxmayıb.

0
0