ŞOK: Hakim futbolçunu meydanda öldürdü
25.08.2010 - 13:02
ŞOK: Hakim futbolçunu meydanda öldürdü
Braziliyanın futbol üzrə həvəskarlar liqasında faciə baş verib. Apasport.az saytının məlumatına görə, “Boa-Fe” - “Kajueyra” görüşündə hakim futbolçunu ürəyindən bıçaqlayıb.

Buna səbəb hakim Fransisko Çivasın qonaq komandanın lehinə qərar verməsi olub. Belə ki, “Kajueyra”nın futbolçusu cərimə meydançasında “Boa-Fe”li hücumçunun qarşısını kobudluqla alsa da, referi buna göz yumub və səhv qərar verib. Bundan narazı olan Fransisko da Silva hakimi təpikləyib və əlbəyaxa döyüşə çıxıblar. Nəticədə dava böyüyüb. Sonradan Joze qardaşı Silvanın döyüldüyünü görərək işə qarışıb. Bir neçə dəqiqə çəkən davadan sonra hakim hər 2 qardaşın payını verib. O, əvvəl Jozeni bıçaqlayaraq öldürüb, Silvanı isə yaralayıb.

Qeyd edək ki, Fransisko Çivas qardaşları bıçaqladıqdan sonra hadisə yerindən qaçmağı bacarıb.