“Qarabağ” rəhbərliyi fikrini dəyişdi
25.08.2010 - 13:11
Yeni mövsümdən etibarən ev oyunlarını Bakıda keçirəcək “Qarabağ”ın əvvəlcə rəqiblərini Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda qəbul edəcəyi bildirilirdi. Ancaq deyəsən, klub rəhbərliyi fikrini dəyişib. Suraxanıdakı stadionun ot örtüyünün vəziyyəti yaxşı olmadığından Ağdam təmsilçisi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna köçməyi planlaşdırıb. Bu haqda apasport.az saytına açıqlamasında klubun direktoru Əmrah Çəlikəl məlumat verib: “Bəli, bu məsələ ilə bağlı danışıqlarımız davam edir. Sadıq müəllimlə (“Neftçi” nin prezidenti) söhbət etmişik və o, yaxın günlərdə qərarını açıqlayacaq”.
Daha sonra klub rəsmisindən “Qarabağ”ın sabah Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Borussiya” ilə keçirəcəyi matç haqqında fikirlərini öyrəndik: “İnşallah, ən yaxşısını etməyə çalışacağıq. Komandamız oyuna tam hazırdır. Yaxşı olardı ki, azarkeşlərimiz stadionu tamamilə doldursunlar”.
Bu arada ölkəmizə gələcək “Borussiya” azarkeşləri matçı 28-ci sektordan izləyəcəklər. Klub rəhbrəliyi həmişə olduğu kimi, qonaq azarkeşlər üçün həmin sektoru ayırıb.

0
0