Georgi Lomaya: Bu, bütün komandanın xidmətidir
25.08.2010 - 13:36
“Neftçi” ilə oyunumuzda azarkeşləri maraqlı oyun gözləyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun futbolçusu Georgi Lomaya deyib.
Ötən mövsüm “İnter”in heyətində çempionluq sevinci yaşayan 31 yaşlı gürcüstanlı qapıçı Unibank Premyer Liqasının III turunun “Neftçi” ilə oyunu ərəfəsində fikrilərini açıqlayıb: “Proqnoz verməyi xoşlamıram. Biz meydana qalib gəlmək üçün çıxacağıq”.
Arxada qalan 3 oyunda qapısını toxunulmaz saxlayan Lomaya “Neftçi” ilə matçda da “quru seriya”nı davam etdirmək niyyətindədir: “Bu, təkcə mənim yox, həmçinin müdafiəçilərin və ümumiyyətlə, bütün komandanın xidmətidir. Çalışacağıq ki, bu xoş ənənəni davam etdirək”.
Qeyd edək ki, Premyer Liqanın cari mövsümündə yalnız iki komanda – “İnter” və “Xəzər Lənkəran” öz qapısından qol buraxmayıb.

0
0